Avropanın 11 ölkəsində salmonellyoz infeksiyası qeydə alınıb
Bakı, 31 avqust, AZƏRTAC
Avropanın 11 ölkəsində salmonellyoz infeksiyası qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumat yayıb.
Avstriya, Belçika, Almaniya, Danimarka, İrlandiya, Niderland, Norveç, Sloveniya, Finlandiya, Fransa və İsveçdə çirklənmiş toyuq ətinin istehlakı nəticəsində ümumilikdə 134 salmonellyoz hadisəsi qeydə alınıb. Ən azı 97 hadisə Danimarkanın payına düşür. Avstriyada salmonellyozdan bir ölüm halı baş verib.
Qeyd edək ki, salmonellyoz quşların, ev və çöl heyvanlarının iti, yarımiti, xroniki gedişə malik infeksion xəstəliyidir. Xəstəlik hərarətin yüksəlməsi, mədə-bağırsaq pozuntusu, intoksikasiya və septisemiya ilə xarakterizə olunsa da, bəzən simptomsuz keçir. Xəstəliyin törədicisi Enterobacteriaceae ailəsinə və Salmonella cinsinə mənsub olan qrammənfi, spor əmələ gətirməyən, çubuqvari, hərəkətli, aerob və ya fakültativ anaerob polipatogen bakteriyalardır. Salmonella cinsinə mənsub olan həmin bakteriyaların iki növü və 2500-dən çox serotipi mövcuddur ki, onların da əksəriyyəti qida toksikoinfeksiyası kimi tanınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]