Avropanın qaz ehtiyatlarının həcmi 80 faizə yaxınlaşır
Bakı, 11 iyul, AZƏRTAC
Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 80 faizə yaxınlaşıb.
AZƏRTAC xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, iyulun 9-da Avropa İttifaqı ölkələrində anbarlardan qaz götürülməsi 26 milyon kubmetr, qaz doldurulması isə 320 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 87,7 milyard kubmetr (79,85 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 9,77 faiz çoxdur.
Cari həftə ərzində Mərkəzi və Qərbi Avropada havalar nisbətən isti keçib, külək generasiyasının payı isə Aİ-nin elektrik enerjisi istehsalının 15 faizinə bərabər olub.
Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 340 dollar təşkil edir.
Rusiyanın “Qazprom” kompaniyası Avropaya sutkada 42,4 milyon kubmetr qaz tədarük edir. Müharibəyə baxmayaraq, həmin qaz Ukrayna ərazisindən tranzitlə “köhnə qitə”yə çatdırılır. Bu xətt “Şimal axını” qaz kəmərinin sıradan çıxmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.
Həmçinin iyun ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qazın vurulması 2021-ci ilin noyabrından bəri ən aşağı həddə enib. Hazırda maye qazın yenidən qaz halına gətirilərək boru kəmərlərinə vurulması maksimum gücün 42 faizinə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]