Avstriyada koronavirus pandemiyası ilə əlaqədar üçüncü sərt karantin rejimi qüvvəyə minib
Vyana, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Avstriyada koronavirus pandemiyası başlayandan bəri sayca üçüncü sərt karantin rejimi qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də karantin qaydaları Milad bayramı ilə əlaqədar yumşaldılmış, ticarət obyektlərinin fəaliyyəti bərpa olunmuş və yaxın ailə üzvlərinin iştirakı ilə Milad bayramının qeyd edilməsinə icazə verilmişdi. Artıq bayram günləri başa çatdığına görə, ölkədə sərtləşdirilmiş karantin qaydaları üç həftə müddətinə yenidən qüvvəyə minib. Yanvarın 18-dək qüvvədə olacaq qaydalara əsasən, ölkədəki bütün ticarət və ictimai-iaşə obyektləri qapalı olacaq, məktəblərdə tədris distant qaydada aparılacaq. Mədəni-kütləvi, idman və əyləncə mərkəzlərinin bağlı olduğu dövr ərzində yalnız dağ-xizək idmanı mərkəzlərinin fəaliyyətinə icazə veriləcək.
Yanvarın 15-də Avstriyada keçiriləcək kütləvi testlərdə könüllü şəkildə iştirak edən və mənfi test nəticəsi alanlar üçün karantin rejimi yanvarın 18-də başa çatacaq. Bu testlərdə iştirak etmək istəməyənlər isə yanvarın 25-dək yalnız peşə fəaliyyəti, gündəlik tələbat mallarının alınması, köməyə ehtiyacı olan insanlara yardım və fiziki bədən tərbiyəsi məqsədilə ilə evlərini tərk edə biləcəklər.
Hazırda Avstriyada koronavirusa gündəlik yoluxma hallarının sayı 1500-2000 arasında dəyişir. Lakin ekspertlərin rəyinə görə, dekabrın 7-dən 26-na kimi karantin qaydalarının yumşaldılmasının nəticəsi olaraq yaxın günlərdə yoluxma hallarının kəskin artımı müşahidə oluna bilər və buna görə də Yeni il bayramında ”1+1” düsturuna (bir ailədən yalnız bir nəfər başqa bir ailəyə qonaq gedə bilər) riayət olunmalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [07:48]
ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib
- 20.09.2026 [07:19]
Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib
- 20.09.2026 [06:57]
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
- 20.09.2026 [06:08]
Argentinada “Qəzəb yürüşü”
- 20.09.2026 [05:08]
Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb
- 20.09.2026 [04:02]
İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib
- 20.09.2026 [03:11]
Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq
- 20.09.2026 [02:20]
Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib
- 20.09.2026 [02:08]
NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Parisdə Azərbaycan kinosu nümayiş olunub
- 19.09.2026 [23:17]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
- 19.09.2026 [21:37]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:27]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [21:25]
Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır
- 19.09.2026 [21:22]
Sürücülərin nəzərinə
- 19.09.2026 [21:16]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
- 19.09.2026 [21:06]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [20:22]
İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub
- 19.09.2026 [20:15]
Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar
- 19.09.2026 [20:11]
Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub
- 19.09.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 19.09.2026 [20:00]
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib
- 19.09.2026 [19:50]
“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib
- 19.09.2026 [19:46]
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
- 19.09.2026 [17:54]
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
- 19.09.2026 [17:26]
Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub
- 19.09.2026 [17:06]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [16:49]
Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?
- 19.09.2026 [15:37]
“Qədim daşlar arasında” klassik musiqi
- 19.09.2026 [15:33]
Həkəri çayında batan şəxsin meyiti tapılıb
- 19.09.2026 [15:28]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:51]
Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm
- 19.09.2026 [14:44]
“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır
- 19.09.2026 [14:39]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [14:03]
Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib
- 19.09.2026 [14:00]
Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb
- 19.09.2026 [13:50]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
- 19.09.2026 [13:26]
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
- 19.09.2026 [13:19]
Bazar gününün hava proqnozu açıqlanıb
- 19.09.2026 [13:08]
Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub
- 19.09.2026 [12:57]
Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
- 19.09.2026 [12:24]
Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir
- 19.09.2026 [12:16]
Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb
- 19.09.2026 [12:11]