AVSTRİYADA YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZ BEYNƏLXALQ TƏŞKİLATLARI 20 YANVAR HADİSƏLƏRİ HAQQINDA MƏLUMATLANDIRIRLAR
Azərbaycanın Avstriyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin fəalları Avstriya parlamentinə, siyasi partiyalara, ATƏT-in Vyanadakı qərargahı və Varşavadakı İnsan Haqları və Demokratik Təsisatlar Bürosuna, BMT-nin Vyanadakı bölməsinə 20 Yanvar faciəsi haqqında geniş məlumatlar göndərmişlər.
Birliyin üzvləri Avstriya Sosial-Demokrat Partiyasının gənclər təşkilatı ilə görüşdə mövzuya dair fikir mübadiləsi apararaq, Bakıda törədilən vəhşiliklər barədə danışmışlar.
Birliyin fəxri prezidenti, avstriyalı tarixçi alim, yazıçı, türkşünas Erix Fayql öz ölkəsində çap olunan bütün qəzetlərə faciə ilə bağlı məlumatlar vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]