AVTOXULİQAN YAXALANDI
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qrumlarla əlaqə bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, paytaxt sakini Ramiq Nəcəfova məxsus 10 NS 546 dövlət nömrə nişanlı “Nissan-Maxsima” markalı avtomaşınla avtoxuliqanlıq edərək nəqliyyat vasitəsini yüksək sürətlə istiqamətini dəfələrlə 180 dərəcə dəyişərək qarşıdan gələn avtomaşınların hərəkətinə qəza şəraiti yaradan 1978-ci il təvəllüdlü Qəniyev Elman Elxan oğlu yaxalanmışdır. O, inzibati xətalar məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) məsuliyyətə cəlb olunmuş və sənədləri müvafiq tədbirlər görülməsi üçün məhkəməyə göndərilmişdir.
Qeyd edək ki, Elman Qəniyevi 15 günədək həbs cəzası gözləyir.