“Ayaks” “Qarabağ”la oyuna 16 yaşlı hücumçu ilə çıxa bilər
Bakı, 22 oktyabr, AZƏRTAC
Niderlandın “Ayaks” komandasının 16 yaşlı futbolçusu Jorti Mokio UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”la III tur oyununa start heyətində çıxa bilər.
AZƏRTAC Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin italiyalı baş məşqçisi Françesko Fariolinin heyətdəki itkilərə görə belçikalı hücumçuya ilk dəqiqələrdən şans verəcəyi gözlənilir.
Gənc forvard bu mövsüm “Ayaks”ın heyətində Avropa Liqasının pley-off mərhələsində Polşanın “Yagelloniya” komandasına qarşı keçirilmiş görüşdə də meydanda olub.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]