“Ayaks” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq
Bakı, 21 oktyabr, AZƏRTAC
Niderland millisinin və “Ayaks”ın futbolçusu Stiven Berqeys UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçiriləcək III tur matçını buraxacaq.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Onun oktyabrın 27-də Niderland çempionatında “Villem II” klubu ilə ev qarşılaşmasında meydana çıxacağı ehtimal olunur.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 20:45-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]