Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aydın Hüseynov: Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr dayanıqlı inkişaf strategiyasının real göstəricisidir

Aydın Hüseynov: Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr dayanıqlı inkişaf strategiyasının real göstəricisidir

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr ölkənin dayanıqlı inkişaf strategiyasının, uğurlu makroiqtisadi idarəetmənin və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticəsi kimi qiymətləndirilir. Qlobal iqtisadi çağırışların artdığı, beynəlxalq bazarlarda dəyişkənliyin davam etdiyi bir dövrdə Azərbaycanın əsas iqtisadi göstəricilər üzrə sabitliyini qoruması həyata keçirilən siyasətin effektivliyini nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. A.Hüseynov qeyd edib ki, ölkənin iqtisadi inkişaf konsepsiyasının əsas məqsədi yalnız artım tempinin qorunması deyil, həm də uzunmüddətli sabitliyin, sosial rifahın və iqtisadi təhlükəsizliyin təmin edilməsidir.

Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi modelinin əsas xüsusiyyətlərindən biri neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi və bunun nəticəsində qeyri-neft sektorunun aparıcı mövqeyə yüksəlməsidir: “Bu gün qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 70 faizdən çox olması Azərbaycanın iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Bu göstərici onu deməyə əsas verir ki, ölkədə formalaşdırılan iqtisadi sistem təkcə enerji resurslarına əsaslanmır, eyni zamanda istehsal, xidmət, logistika, kənd təsərrüfatı, sənaye və innovasiya potensialına söykənir. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində yaradılan yeni sənaye məhəllələri, aqroparklar, nəqliyyat-kommunikasiya infrastrukturu və sahibkarlığın dəstəklənməsi mexanizmləri qeyri-neft iqtisadiyyatının genişlənməsinə ciddi təkan verib. Ölkənin iqtisadi dayanıqlığını təmin edən əsas göstəricilərdən biri də xarici dövlət borcunun aşağı səviyyədə saxlanılmasıdır”.

Deputat bildirib ki, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi Azərbaycanın maliyyə müstəqilliyinin və məsuliyyətli büdcə idarəçiliyinin göstəricisidir.

“Bir çox ölkələr artan borc yükü ilə üzləşdiyi halda, Azərbaycanda həyata keçirilən fiskal intizam və strateji maliyyə idarəetməsi nəticəsində dövlətin iqtisadi manevr imkanları qorunub saxlanılıb. Bu yanaşma həm investor etimadını artırır, həm də gələcək inkişaf layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır”, - deyə Aydın Hüseynov qeyd edib.

O diqqətə çatdırıb ki, ölkəyə indiyədək 350 milyard dollara yaxın birbaşa investisiyanın cəlb olunması Azərbaycanın beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən mühüm amillərdən biridir.

Onun sözlərinə görə, investisiyaların əhəmiyyətli hissəsi iqtisadiyyatın müxtəlif sahələrinin modernləşdirilməsinə, yeni istehsal güclərinin yaradılmasına, texnoloji yenilənməyə və rəqabət qabiliyyətinin artırılmasına xidmət edib.

Aydın Hüseynov bildirib ki, xarici sərmayələrin cəlbi ilə yanaşı, daxili investisiyaların təşviqi də iqtisadi inkişafın mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.

Deputat sosial göstəricilərin iqtisadi inkişafın əsas nəticələrindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz olması ölkədə iqtisadi artımın sosial rifaha çevrilməsinin göstəricisidir.

“Yeni iş yerlərinin yaradılması, əmək bazarının genişləndirilməsi, sosial müdafiə proqramlarının gücləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi nəticəsində əhalinin rifah göstəricilərində müsbət dinamika müşahidə olunur”, - deyə deputat vurğulayıb.

Aydın Hüseynov hesab edir ki, əldə olunan nəticələr gələcək mərhələdə iqtisadiyyatın rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqi, yaşıl enerji keçidi və ixrac potensialının artırılması istiqamətində yeni imkanlar yaradacaq.

Deputat əlavə edib ki, iqtisadi siyasətin əsas prioritetləri sırasında özəl sektorun gücləndirilməsi, rəqabət mühitinin inkişafı, insan kapitalına investisiyaların artırılması və regionların balanslı inkişafının təmin edilməsi xüsusi yer tutur.

Onun fikrincə, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın gələcək illərdə də regionun iqtisadi cəhətdən ən dayanıqlı və rəqabətqabiliyyətli ölkələrindən biri kimi mövqeyini daha da gücləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Nijeqorod vilayətində PUA hücumu zamanı iki nəfər ölüb

Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər

Naxçıvanda bu ilin 5 ayında 32 dövlət əmlakı özəlləşdirilib

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb

Türkiyədə bələdiyyələrə turizm məqsədləri üçün canlı yayım qadağan edilib

Kasko sığortasına yeni yanaşmalar tətbiq ediləcək

® ABB Xankəndidə Çağrı Mərkəzi qurur

Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə daxil olur ŞƏRH

Peşəkar Futbol Liqası klublara 2 milyon 610 min manat məbləğində ödəmələr edib

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə başlayıb

Şimali Koreya donanmasını genişləndirir

Azər Əmiraslanov: Sığorta sisteminin inkişafında qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Hesabat: Dünyada milyarderlərin sayı 4 min nəfəri keçib

Deputat: Regionda kibertəhlükəsizliklə bağlı müxtəlif proseslər baş verir

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Naxçıvanda 559 daşınmaz əmlak obyektinə yeni ünvan verilib

Gelencik hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Qızılın qiyməti son iki həftənin minimumuna enib

Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında əlaqələr genişləndirilir

Milli Aviasiya Akademiyasında “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılışı olub

Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib

İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib

Qərbi Avstraliyada pilotun ölümü ilə nəticələnən təyyarə qəzası baş verib

FHN gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olunub

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına

Şavkat Mirziyoyev: Regionun məqam, muğam, dəsgah kimi musiqi janrlarını vahid rəqəmsal platformada birləşdirmək lazımdır

Rusiya səfiri: Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə yaxın əməkdaşlıq əlaqələrinə malikdir

Ronaldu və Bellinqem dünya çempionatının tarixinə düşüblər

Elman Nəsirov: Kibertəhlükələr dünya üçün ciddi risk mənbəyinə çevrilib

Ticarət nümayəndəsi: Azərbaycan Avrasiya regionunun əsas nəqliyyat qovşağına çevrilib

Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah

İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimi keçirilir

Bakıda beynəlxalq sığorta forumu başlayıb

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusu Cənubi Qafqaz hüdudlarını aşan təsir imkanları yaradır

AŞPA-da bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək

BMT: Qlobal təhsil böhranı bütöv bir nəsli təhdid edir

Aydın Hüseynov: Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr dayanıqlı inkişaf strategiyasının real göstəricisidir

Zahid Oruc: Kibertəhlükəsizlik tədbirləri dövlət və maliyyə məlumatlarının mühafizəsini gücləndirəcək

Qızılın bir troya unsiyasının qiyməti 4090 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4090 dollara enib VİDEO

Xəzinə xidmətləri üzrə büdcə təşkilatlarına metodiki dəstək məqsədilə “Xəzinə bələdçisi” hazırlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

® “Kəskin zəhərlənmələrin təcili idarəolunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu təşkil edilib

Azərbaycan nefti 79 dollara satılır VİDEO

Azərbaycan nefti 79 dollara satılır VİDEO

Səidə Səfərova: Moldovada yaşayan soydaşlarımızda Azərbaycan dilinə, tarixinə maraq böyükdür MÜSAHİBƏ

İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Azərbaycanla Türkmənistan regional inteqrasiyanın yeni mərhələsini formalaşdırır RƏY

Azərbaycan Ordusu Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas faktorlarından biridir- ŞƏRH

Yüksək qan təzyiqinin gizli təhlükəsi aşkarlanıb

Çinin Dalyan şəhərində “Yay Davosu” işə başlayıb VİDEO

Çinin Dalyan şəhərində “Yay Davosu” işə başlayıb VİDEO

Qazaxıstanın Aktau limanı potensialını artırır

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Dünya çempionatı: Kolumbiya millisi qələbə qazanıb

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri ölkəmizə səfərə gəlib

İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub

İlon Mask trilyonçu statusunu itirib

Dünya çempionatı: Xorvatiya millisi minimal hesabla qalib gəlib

Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edilib

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

Naxçıvanda avtomobil mikroavtobusla toqquşub, 3 nəfər xəsarət alıb

Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

ABŞ Senatı İranla müharibə ilə bağlı Müharibə Səlahiyyətləri Qanununa dair qətnamə qəbul edib

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

MDU-da elmi nəşr fəaliyyətində yeni mərhələ – beynəlxalq jurnalın rəsmi saytı təqdim edilib

BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır

Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Bundestaqın deputatları Almaniyada hərbi sifarişlərin bahalaşmasından narahatdırlar

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi olub

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Tramp: İranla bağlı işlər çox yaxşı gedir

ABŞ Dövlət katibi: Livanda baş verənlərlə bağlı birbaşa hökumət ilə danışıqlar aparacağıq

İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz

“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub

“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik

Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Əqrəblərin, ilanların və digər zəhərli sürünənlərin aktivliyi yayın əvvəlinə təsadüf edir - mütəxəssislərin rəyləri

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

İsmayıllıda kişi traktorun altında qalaraq ölüb

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib