Azadlıq, Vətən naminə canlarını qurban verən şəhidlər əbədiyyətə qovuşmuşlar
Bakı, 21 yanvar (AZƏRTAC). “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə müəllimlər 20 Yanvar qırğını barədə danışaraq bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında qanlı hadisələr törətmişdir. O qanlı gecədən 22 il keçir. Bu faciə xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Azadlıq, Vətən naminə canlarını qurban verən şəhidlər öz qəhrəmanlıqları ilə tariximizə yeni şanlı səhifələr yazmış, əbədiyyətə qovuşmuşlar.
Çıxış edənlər şəhidlərin xatirəsinin müqəddəs tutulduğunu vurğulamışlar.
Tədbirlərdə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]