AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir
Bakı, 19 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” aviaşirkəti martin 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təklif 2023-cü il 28 mart - 20 aprel tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.
AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.
Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]