AZƏRBAYCAN 2014-CÜ İL GƏNCLƏR OLİMPİADASININ BAKIDA KEÇİRİLMƏSİ ÜÇÜN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRMƏK NİYYƏTİNDƏDİR
“Bizim həyata keçirmək istədiyimiz ideyalardan biri Bakıda 2014-cü ildə gənclər arasında Olimpiya Oyunlarının təşkilinə nail olmaqdır”.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 29-da Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova jurnalistlərlə görüşündə bildirmişdir.
Nazirliyin sözçüsü demişdir ki, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır. Gənclər arasında 2014-cü il Olimpiadası Bakının idman infrastrukturunu yoxlamaq baxımından əhəmiyyət daşıyacaqdır.
“Hazırda 2016-cı ildə XXXI Olimpiya və XV Paralimpiya oyunlarına namizədliyini irəli sürmüş Bakının ikinci mərhələyə keçməsi üçün sənədlər hazırlanır. Dünyanın müxtəlif kütləvi informasiya vasitələrində Bakı haqqında, habelə, ölkəmizdə idmanın inkişafı ilə bağlı yazılar dərc olunur”, - deyə Səmayə Məmmədova vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]