İDMAN
Azərbaycan - Belarus oyununun birinci hissəsində hesab açılmayıb
Bakı, 13 iyun, AZƏRTAC
Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan - Belarus oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb.
“Dalğa Arena”da oynanılan qarşılaşmanı yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Komandalar arasında ikinci tura təsadüf etmiş ilk matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, üçüncü turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, üçüncü turda Qazaxıstanla heç-heçə edib - 1:1.
Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.