Azərbaycan Almaniyada X Forecast Forumunda təmsil olunub
Bakı, 22 iyul, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində müasir bədii konsepsiyaların və fənlərarası eksperimentlərin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi tanınan X Forecast (Proqnoz) Forumu keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə tarzən, səs və performans sənətçisi İbrahim Babayev forumda ölkəmizi təmsil edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İ.Babayevin qədim muğam irsini müasir media və səhnə sənəti ilə birləşdirən “MughaMutations” layihəsi minlərlə müraciət arasından seçilərək Böyük Britaniyadan vokalçı və performans sənətçisi Elayn Mitçenerin mentorluğu ilə üç finalçıdan biri olub.
Forum çərçivəsində Berlindəki “Radialsystem” səhnəsində “MughaMutations” layihəsinin təqdimatı olub və böyük maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin vizual konsepsiyası media sənətçisi Timur Əmirxana, kuratorluğu isə Könül Rəfiyevaya məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]
Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]