Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ATƏT-in Daimi Şurasının iclasında təmsil olunub

Azərbaycan ATƏT-in Daimi Şurasının iclasında təmsil olunub

Vyana, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da ATƏT-in Daimi Şurasının növbəti iclası keçirilib. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov iclasda çıxış edib.

AZƏRTAC xəbər verir ki, daimi nümayəndə çıxışında iştirakçı ölkələrin nümayəndələrini son günlər baş verən hadisələrlə bağlı ətraflı məlumatlandırıb. Daimi Şuranın diqqətini Ermənistanın cəbhə xətti boyunca Azərbaycana qarşı növbəti genişmiqyaslı hərbi təxribatına yönəldən səfir erməni silahlılarının ağır artilleriyadan istifadə etməklə Azərbaycanın mülki əhalisini, yaşayış məntəqələrini və mülki infrastrukturunu atəşə tutduğunu bildirib. Qeyd edilib ki, son erməni təxribatları zamanı indiyədək iki uşaq da daxil olmaqla azı 12 mülki şəxs öldürülüb, 35-dən artıq mülki şəxs ağır yaralanıb.

Vurğulanıb ki, 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda olduğu kimi, Ermənistan ordusu bu ölkənin beynəlxalq öhdəliklərini, beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhalini və infrastrukturu qəsdən hədəf alır. Hazırda Ermənistan ordusu Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərində əhalinin sıx yaşadığı yerləri artilleriya atəşinə tutur. Bunun nəticəsində azı 150 yaşayış binası dağıdılıb. Səfir bununla bağlı konkret faktların əks olunduğu məlumat vərəqinin üzv ölkələrin nümayəndəliklərinə təqdim olunduğunu da diqqətə çatdırıb.

Ermənistanın hərbi təcavüzünü dəf etmək və ölkəmizdə əhalinin sıx məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququndan istifadə etdiyini, beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum tədbirləri gördüyü vurğulanıb. Səfir deyib ki, Azərbaycan öz suveren torpağında hərəkət edir, suverenliyinə, ərazi bütövlüyünə və mülki əhalisinin təhlükəsizliyinə qarşı yönəlmiş təhlükəni aradan qaldırmaq üçün lazımi tədbirləri görür. Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə protokollarının, habelə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin kobud şəkildə pozulmasıdır.

Q.İsrafilov Ermənistan rəhbərliyinin münaqişəni həll etməklə bağlı siyasi istəyinin olmadığını, öz əhalisini sülhə hazırlamaqdansa işğalçılıq siyasətini davam etdirdiyini, öz sələflərinin yolu ilə getdiyini və hətta daha da irəli gedərək danışıqlar prosesinə zərbə vuran bəyanatlarla çıxış etdiyini bildirib.

Ermənistan işğal etdiyi ərazilərdə qurduğu qanunsuz rejimi danışıqlar tərəfi kimi təqdim etməyə cəhd göstərməklə danışıqlar formatına meydan oxuyur. Ermənistanın yüksək vəzifəli məmurları münaqişənin həlli üzrə addım-addım yanaşmanı rədd edir, ATƏT-in əsas sənədlərini və münaqişənin həlli ilə bağlı qərarlarını, həmçinin Helsinki Yekun Aktının prinsiplərini yanlış şərh edirlər.

Bu bəyanatlar və hərəkətlər açıq şəkildə göstərir ki, Ermənistan danışıqlarda konstruktiv iştirak etmək fürsətindən yararlanmamaq yolunu seçdi və baş vermiş faktı (fait accompli) qəbul etdirmək məqsədilə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün, nəyin bahasına olursa-olsun, sülh prosesinə maneə törətməyə çalışır.

Q.İsrafilov xüsusilə vurğulayıb ki, mövcud status-kvonun davam etməsi və cəbhə xəttindəki gərginlik Azərbaycanın maraqlarına xidmət etmir. Azərbaycan münaqişənin çox qısa müddətdə davamlı həll yolunun tapılmasında ən maraqlı tərəfdir. Lakin Azərbaycan Silahlı Qüvvələri boş oturmayacaq və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına layiqincə cavab verəcək. Nəzərə alınmalıdır ki, nə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, nə də atəşkəs Ermənistanın davamlı təcavüzü baxımından qurumun Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanı özünümüdafiə hüququndan məhrum etmir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə məcburdur. Həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində hərəkət etməsi və əməliyyatlar aparması tam qanunidir.

Daimi Şurada bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri Prezidentin müəyyənləşdirdiyi vəzifələrin icrasına uğurla başlayıb və işğal olunmuş ərazilərin bir hissəsini azad edib. Azərbaycan Prezidenti Administrasiyası, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi beynəlxalq humanitar hüquqa, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasına və onun Əlavə protokollarına tam uyğun olaraq təmas xəttinin bütün perimetri boyunca aparılan hərbi əks-hücum əməliyyatı barədə müntəzəm şəkildə brifinqlər təşkil edir və məlumatlar verir.

Azərbaycan suverenliyi və ərazi bütövlüyü tam bərpa olunana, xalqının təhlükəsizliyi üçün təhdid və risklər aradan qaldırılana qədər əks-hücum əməliyyatını davam etdirməkdə qətiyyətlidir.

Q.İsrafilov Azərbaycanın ədalətli mübarizəsində ölkəmizə prinsipial dəstək verən dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür edib. Səfir ATƏT-in Minsk qrupunun nəhayət ki, Azərbaycanın niyyətinin ciddiliyini tam dərk edəcəyinə ümidvar olduğunu, Ermənistandan öz qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən çəkməsinə çağırış edəcəyini və regionda sülhün bərqərar olmasına şərait yaradacağını bildirib.

Diqqətə çatdırılıb ki, münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Helsinki Yekun aktında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkündür. Ermənistan bu reallıqla nə qədər tez barışsa, münaqişə o qədər tez həll olunar, regiondakı ölkələr və insanlar əməkdaşlıqdan və iqtisadi inkişafdan yararlanarlar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili