Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verib

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verib Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi başa çatıb. Ölkəmiz sədrliyi Belçikaya təhvil verib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir deyib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Bu 6 ay qitəmizin tarixində çox gərgin keçib. Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub.

Nazir bildirib ki, sədrlik dövründə korrupsiyaya qarşı mübarizə prioritet vəzifələrdən birini təşkil edib. İyunun 30-dan iyulun 1-dək Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlar və milli təcrübələr üzrə konfrans təşkil edilməklə Avropa Şurasının səylərinə töhfə verilib.

E.Məmmədyarov diqqətə çatdırıb ki, rəsmi Bakı Avropa Şurası idman nazirlərinin sentyabr ayında İsveçrənin Makolin şəhərində keçirilən 13-cü konfransında “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nın imzalanmasından məmnunluq duyur. Bu Konvensiya artmaqda olan korrupsiya fenomeninə qarşı mübarizədə əsas vasitə olacaq. Biz bu sənədin 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarından öncə qüvvəyə minməsi məqsədilə tezliklə ratifikasiyası üçün tələb olunan sayın əldə olunacağına inanırıq.

Xarici siyasət idarəsinin rəhbəri deyib ki, sentyabr ayında Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bu məsələnin Avropa Şurası tərəfindən ilk dəfə olaraq müzakirə olunması xüsusi qeyd edilməlidir. Konfransda Azərbaycan qabaqcıl təcrübələrin mübadiləsi üçün dövlət xidmətlərini göstərən agentliklərin beynəlxalq platformasının yaradılması təklifini irəli sürüb. Biz üzv dövlətlərdən Avropa Şurasının məqsədlərinə nail olunmasında böyük rol oynayan bu təşəbbüsü dəstəkləmələrini gözləyirik.

E.Məmmədyarov müxtəlif mədəniyyətli cəmiyyətlərin birləşməsinin Azərbaycanın sədrliyinin prioritetləri arasında olduğunu diqqətə çatdırıb, sentyabrın əvvəllərində Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə 2014-cü il üçün Avropa Şurasının mübadilə görüşünün keçirildiyini xatırladıb. Bakı, həmçinin Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsinə, Avropa İrs Günlərinin qeyd edilməsi tədbirinə, “Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumuna ev sahibliyi edib. Sədrlik çərçivəsində, həmçinin “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində onun nailiyyətlərini möhkəmləndirmək məqsədilə Azərbaycanın Qəbələ şəhərində forum təşkil edilib.

Nazir deyib ki, Azərbaycan özünün növbəti prioritetinə uyğun olaraq hər kəsin ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlara çıxışını təmin etmək üçün Avropa Şurasının öhdəliklərini tamamlamağa çalışıb. Bu kontekstdə biz Avropa Şurasının sosial həmrəylik strategiyasını və fəaliyyət planını nəzərdən keçirmək üçün sentyabr ayında Bakı şəhərində konfrans təşkil etdik. Milli insan hüquqları institutlarının qadınların hüquqlarının təmin edilməsində oynaya biləcəyi rol iyun ayında Bakı şəhərində keçirilmiş Avropa ombudsmanlarının konfransında geniş müzakirə edilib.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ölkəmizin sədrliyi müddətində gənclər və təhsil məsələlərinə də diqqət ayırdığını söyləyib. Bildirilib ki, Avropa Şurasının bu sahədəki səylərinə dəstək vermək məqsədilə Azərbaycan bəzi hallarda Avropa Şurasının coğrafiyasından kənara çıxan bir sıra beynəlxalq tədbirlər təşkil edib. Bakı şəhərində keçirilən Avropa Şurasının “Demokratik vətəndaşlıq və insan hüquqları sahəsində təhsil” Xartiyasının əlaqələndiricilərinin görüşünün, “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfransın və Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasının məqsədi təşkilatımızın səylərini təkmilləşdirmək olub.

E.Məmmədyarov Avropa Şurasının institusional dəstəyi ilə oktyabrın 28-30-da Bakıda Birləşmiş Millətlər Təşkilatının Gənclər Siyasəti üzrə I Qlobal Forumunun keçirildiyini də xatırladıb. Qeyd edib ki, konvensiya sisteminin səmərəliliyinə xüsusi diqqət yetirərək insan hüquqlarının müdafiəsi və təşviqi məsələsi ötən ay Bakı şəhərində keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda yüksək səviyyəli konfransda müzakirə olunub.

Nazir vurğulayıb ki, Azərbaycan, həmçinin sədrlik üstünlüklərindən istifadə edərək Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinə dəstək verib. Noyabrın 7-8-də Bakıda keçirilən qonşuluq siyasəti üzrə yüksək səviyyəli konfransda qonşu regionlardan olan tərəfdaş ölkələrlə dialoqun dərinləşdirilməsi üzrə nailiyyətlər nəzərdən keçirilib. Həm Avropa Şurasına üzv dövlətlərdən, həm də tərəfdaş ölkələrdən olan iştirakçılar bu siyasətə birmənalı dəstəklərini ifadə ediblər.

“Sədrlik dövrü, həmçinin Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında sıx qarşılıqlı əlaqə ilə yadda qalıb”, - deyən nazir bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Assambleyanın iyun ayında keçirilən sessiyasındakı nitqini xatırladıb.

“Biz Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın möhkəmləndirilməsi səylərimizi də gücləndirmişik. Bu xüsusda Azərbaycan hazırda Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq haqqında qətnamə layihəsi üzrə BMT-də konsensus əldə etmək üçün qeyri-rəsmi danışıqlar aparır”, - deyə E.Məmmədyarov bildirib.

Sonda nazir deyib: “Biz sədrlik müddətinin başa çatmasından sonra da Belçika və Bosniya və Herseqovinaya ümumi prioritetlərimizin həyata keçirilməsində dəstək verməkdə davam edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq