Azərbaycan badmintonçusu Bakıdakı turnirin 1/4 finalında mübarizəni dayandırıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo "Azerbaijan International 2024" turnirində 1/4 finalda mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, o, yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Hindistan təmsilçisi Ayuş Şettiyə uduzub.
Matç E.Dviçayonun 0:2 (14-21,14-21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.