Azərbaycan Basketbol Liqası: “Sumqayıt” mövsümdə dördüncü qələbəsini qazanıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Cəlilabad"ı qəbul edib. Sumqayıt Olimpiya İdman Kompleksində reallaşan görüş meydan sahiblərinin 109:99 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 8-ci yerdədir. Aktivində 19 xalı olan "Cəlilabad" altıncı pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 26 xalla "Xəzri" başçılıq edir.
Turun daha əvvəl keçirilən oyunlarında "Neftçi" "Sabah"ı 101:87, "Xəzri" isə "Şəki"ni 94:85 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]