Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDUN ÇIXIŞI

- Zati aliləri cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Belə bir xüsusi münasibətlə bp şirkəti, bizim Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki tərəfdaşlarımız - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Yunokal”, “İnpeks”, “Statoyl”, “Ekson/Mobil”, TPAO, “Devon”, “İtoçu” və “Amerada Hess” şirkətləri adından burada olmaq mənə böyük məmnunluq verir.

Bakıda Prezident Heydər Əliyev və bp qrupunun prezidenti Lord Con Braun tərəfindən digər on xarici neft şirkətinin nümayəndələri ilə birlikdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsi (AÇG) üzrə hasilatın pay bölgüsü sazişinin – “Əsrin müqaviləsi”nin imzalandığı gündən on il keçir. Bu dövr ərzində Azərbaycanın, Azərbaycan xalqının və ABƏŞ tərəfdaşlarının mənfəəti üçün bu ölkənin neft və qaz ehtiyatlarının işlənilməsi üzrə öz uzunmüddətli məqsədlərimizə doğru əla irəliləyiş edilmişdir.

Keçib gəldiyimiz bu yolda çoxlu mühüm addımlar atılmışdır. Onların hamısının adını çəksək, siyahı çox böyük olar. Lakin icazə verin, son on il ərzində nə qədər nailiyyət qazandığımızı yadımıza salmaq üçün onlardan yalnız bir neçəsini xatırladım.

1994-cü il sentyabrın 20-də müqavilə imzalanandan sonra 1995-ci ilin fevral ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təşkil olundu və həmin ilin oktyabr ayında İlkin neft layihəsinə sanksiya verildi. İki il keçməmiş, 1997-ci il noyabrın 7-də “Çıraq” yatağından ilkin neft hasil olundu. Qərb ixrac boru kəməri marşrutu istismara verildikdən sonra isə, 1999-cu ilin aprelində Supsa terminalından ilk tanker neftlə yüklənib yola salındı. Yataqların tammiqyaslı işlənilməsinin 1-ci Fazasına – Mərkəzi Azəri layihəsinə 2001-ci ilin avqust ayında sanksiya verildi və gələn ilin əvvəlində hasilat başlayacaqdır. 2002-ci ilin sentyabr ayında 2-ci Fazaya – Qərbi və Şərqi Azəri layihələrinə sanksiya verildi və burada 2006-2007-ci illərdə hasilata başlanacaqdır.

Bu gün isə biz Faza-3 layihəsinə - “Günəşli”nin dənizin dərin hissəsində yerləşən sahəsinin işlənilməsinə sanksiya verilməsini qeyd edirik. Bu layihə “Azəri-Çıraq-Günəşli” üçün yataqların tammiqyaslı işlənilməsi konsepsiyasında yekun mərhələni göstərir. Faza-3 layihəsi bizim indiyədək bütün nail olduqlarımız və öyrəndiklərimiz üzərində qurulur və bu layihə Faza-1 və Faza-2-də yaradılmış standartlaşdırma və tikinti-istehsal xəttindən faydalanır. Faza-3 layihəsinin ümumi əsaslı xərcləri 4,7 milyard ABŞ dolları məbləğindədir və təxminən 1,2 milyard barrel neft çıxarılması nəzərdə tutulur. Biz ilk neftin hasil olunmasını təxminən 2008-ci ilin ortalarında gözləyirik və bu, 2009-cu ilədək “Azəri-Çıraq-Günəşli” üzrə gündəlik ümumi hasilatı bir milyon barreldən yuxarı səviyyəyə çatdıracaqdır.

Əlavə məhsulun idarə edilməsi məqsədi ilə Faza-3 layihəsinin bir hissəsi olaraq, Sənqəçal terminalındakı obyektlər genişləndiriləcəkdir. Buraya iki əlavə texnoloji emal sistemi, üçüncü xam neft çəni və ikinci qaz texnoloji emal qurğusu daxildir. Bunlar Sənqəçal terminalını dünyadakı ən böyük terminallardan birinə çevirəcəkdir. Artıq qalan səmt qazının hamısının ARDNŞ vasitəsilə Azərbaycan bazarına çatdırılması mümkün olacaqdır. Lakin əlbəttə, əhəmiyyətli şəkildə genişləndirilmiş ixrac imkanları olmadan bu nailiyyətlərdən heç birinin real dəyəri ola bilməzdi.

Mən burada Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə yaxşı irəliləyiş barədə hesabat verə bilməyimdən də məmnunluq duyuram. Biz artıq Bakıdan Ceyhana qədər bütün 1760 kilometr uzunluğunda boru kəməri dəhlizini açmışıq və boruların 90 faizdən çoxunu qaynaqlamışıq. Bütövlükdə, layihənin 85 faizi başa çatdırılıb və “Azəri” layihəsi hasilata başlayanda, ilk neftin qəbul edilməsi və gələn ilin ikinci yarısında Ceyhandan ilk tankerin yola salınması üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri hazır olacaqdır.

Beləliklə, həqiqətən, bu gün tarixi bir gündür. Yalnız Azərbaycan və onun xalqı üçün deyil, həmçinin Gürcüstan və Türkiyə, onların xalqları üçün də tarixi bir gündür. Bir həqiqəti deməliyik ki, çoxsaylı müxtəlif maraqlı tərəflərin həyati əhəmiyyətli köməyi və tərəfdaşlığı olmadan nə bu miqyasda layihələrlə bu gün gəlib yetişdiyimiz məqama çata bilərdik, nə də son on ildəki nailiyyətlər əldə olunardı. Biz aşağıda adları çəkilən tərəfdaşlarımıza çox minnətdarıq:

Birləşmiş Ştatların, Böyük Britaniyanın və ABƏŞ-in təmsil etdiyi digər tərəfdaş ölkələrin hökumətlərinə;

Beynəlxalq agentliklərə, podratçılara və tədarükçülərə;

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ABƏŞ-dəki tərəfdaşlarımıza;

Yerli ictimaiyyətə, Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarına.

Lakin hər şeydən əvvəl, davamlı uzaqgörənliklərinə və rəhbərliklərinə görə Prezident Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etmək istərdim. Onların dəstəyi olmadan biz bu tədbirə toplaşa və son on ildə əldə edilmiş bu mühüm nailiyyətlər və irəliləyişlər barədə hesabat verə bilməzdik. Cənab Prezident, Siz və mərhum atanız Gürcüstan və Türkiyə rəhbərliyi ilə birlikdə, düzgün siyasi və hüquqi mühit – dəqiq desək, regionda sülh və sabitlik, eləcə də bizim aramızdakı sazişləri müdafiə edən hüquqi təməl yaratmaqla bizi milyardlarla dollar dəyəri olan bu sərmayələrlə irəli getməyə ruhlandırmısınız.

bp və tərəfdaşları yalnız Sizin layihələrimizə göstərdiyiniz uzaqgörənliyi deyil, həm də Sizin nazirlərin və rəsmi dövlət nümayəndələrinin dəstəyini yüksək qiymətləndirir. Mən əminəm ki, biz irəli getdikcə, gələcəkdə qarşımıza çıxacaq vəzifələrin öhdəsindən gəlmək üçün Sizin dəstəyinizin davam edəcəyinə ümid bəsləyə bilərik.

İcazə verin, sözümü başladığım kimi, “Əsrin müqaviləsi”nin 10 illik yubileyi ilə yekunlaşdırım.

Zati-aliləri cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən əvvəllər də demişəm ki, bizim bir arzuya çatacağımıza inanıram. Elə bir arzuya ki, Azərbaycanda, Gürcüstanda və Türkiyədə dünya səviyyəli neft və qaz layihələri ilə gerçəkləşəcək və bununla həmin ölkələrə, onların vətəndaşlarına sanballı gəlirlər və mənfəətlər gətirəcəkdir.

Beləliklə, biz bu arzunun mühüm bir hissəsini artıq gerçəkliyə çevirmiş olan onillik yubiley münasibətilə buradayıq. Biz çox böyük uğurlar qazanmışıq, ancaq hələ çox böyük nailiyyətlər əldə etməliyik. Biz bunu əldə edəcəyik və birlikdə, əsl tərəfdaşlıq və əməkdaşlıq ruhu ilə buna nail olacağıq.

Cənab Prezident, nəhayət, şəxsən məni və bp-dəki həmkarlarımı bu münasibətlə təltif etdiyiniz mükafatlara görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq