Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun Qaydalar Komitəsinin üzvü seçilib
Paris, 16 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 15-də Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, assambleyada Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun Qaydalar Komitəsinin üzvü seçilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris