Azərbaycan beynəlxalq “Vikimaniya” konfransında təmsil olunub
Bakı, 30 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Vikipediya” qrupunun rəhbəri Aida Aslanova Sinqapurda keçirilən beynəlxalq “Vikimaniya” konfransında Azərbaycanı təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər il keçirilən beynəlxalq “Vikimaniya” konfransının əsas məqsədi vikipediyaçıları görüşdürmək, onların bir-birlərinin gələcək planları haqqında informasiya əldə etmələrinə şərait yaratmaqdır.
Təmsilçimiz konfrans müddətində 10-dan çox vikimedia layihəsinin təlimlərində iştirak edib, fikir mübadiləsi aparıb, türkdilli dövlətlərin görüşündə yeni layihə ideyası ilə çıxış edib.
Sonda tədbirin təşkilatçıları A.Aslanovaya sertifikat təqdim ediblər.