Azərbaycan boksçusu Avropa Kubokunun 1/4 finalına vəsiqə qazanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Çiftçini mübarizədən kənarlaşdırıb.
O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Ş. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.
Rauf Rəhimov (92 kiloqram) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından Azərbaycan təmsilçisi yarışla vidalaşıb.
Qeyd edək ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa Kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]