AZƏRBAYCAN BOKSÇUSU ŞAHİN İMRANOV PEKİN YAY OLİMPİYA OYUNLARINA LİSENZİYA QAZANDI
AZƏRTAC xəbər verir ki, Azərbaycan boksçusu Şahin İmranov (57 kq) İtaliyada keçirilən Avropa Olimpiya Təsnifat turnirinin ikidəbir finalına yüksələrək Pekin Yay Olimpiadasına vəsiqə qazanmışdır.
Dörddəbir final mərhələsində Belarus idmançısı Mixail Bernadski ilə qarşılaşan Ş.İmranov 21:11 hesabı ilə rəqibini məğlub edərək olimpiadaya lisenziya qazanmış ikinci boksçu olmuşdur. Xatırladaq ki, Azərbaycan boksçularından Samir Məmmədov (51 kq) da Pekinə vəsiqəni özünə təmin etmişdi.
Qeyd edək ki, yarışın qaydalarına əsasən, bu çəki dərəcəsində yarımfinala adlayan boksçular Pekin Olimpadasına lisenziya qazanmış sayılırlar.
Yığma komandamızın heyətində Ramal Amanov (60 kq) və David Arjba (91 kq-dan yuxarı) da yarışda uğurlu çıxışları ilə yadda qalmışlar.
R.Amanov almaniyalı Artur Şmitdi 25:9, D.Arjba isə ingiltərəli David Praysı 19:7 hesabı ilə məğlub edərək yarımfinala çıxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]