İDMAN
Azərbaycan cüdoçusu Avstraliyada qızıl medal qazanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən Açıq Okeaniya turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb.
İlk qarşılaşmada braziliyalı Asis Qustavaya qalib gələn M. Fətiyev növbəti görüşlərdə belçikalı Sami Kouc və Böyük Britaniya təmsilçisi Camal Petqravı üstələyərək adını finala yazdırıb.
Həlledici qarşılaşmada estoniyalı Kalyulayd Klen Kristoferi məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin üzvü Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, yarışda 64 ölkədən 299 idmançı qüvvəsini sınayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]
Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb
- 10.05.2024 [11:11]
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb
- 10.05.2024 [11:04]
Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar
- 10.05.2024 [10:33]