Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dadı Çinin tam ürəyində

Bakı, 22 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Sübhün ilk şüaları ilə Sintszyan Qədim Ekoloji Parkı canlanır.

Arenada at şousu başlayır: dırnaqların cingiltisi, atların çevik siluetləri, tamaşaçıların coşqun sədaları. Ətrafda hər şey Şərqin enerjisini - hərəkətin ritmini, təzə biçilmiş otun torpaq qoxusu ilə qarışan ətrini və atların isti nəfəsini daşıyır.

Atçılıq şousu bitəndə tamaşaçılar kompleksin dərinliyində, böyük taxta qapıların arxasında gizlənən restorana axışırlar. Burada yeni bir tamaşa başlayır. Baş rollarda iki azərbaycanlı aşpazın oynadığı “dad teatrı”.

Urumçinin mərkəzində, Sintszyan dağları və çölləri arasında Səxavət Şeydayev və Bayram Salahov sadəcə yemək hazırlamır, Vətənlərinin xatirəsini canlandırırlar. Onların hər hərəkətində Bakının hərarəti, Azərbaycanın nəfəsi duyulur. Manqaldan qalxan tüstü, şişlərin yavaş-yavaş cingiltisi bu restoran guşəsini kiçik bir Azərbaycan kainatına çevirir. Burada doğma evin dadı var.

Səxavət Şeydayev - ustanın oğlu, odun qoruyucusu

Səxavətin əlləri uşaqlıqdan manqalın istisinə alışıb.

“Atam kababçı idi, mənim ilk müəllimim də o oldu”, - deyə Səxavət xatırlayır. “Onun yolunu davam etdirdim. Sonra müxtəlif restoranlarda işlədim, kömək etdim, öyrəndim, təcrübə topladım”.

O, ilk dəfə doğma Qubada bıçaq və odla tanış olub: “Əsl aşpaz olduğumu ilk dəfə Qubada hiss etdim. O vaxt anladım ki, yemək sadəcə sənət deyil, sözsüz hekayə danışmağın bir yoludur”.

Kiçik kafelərdən böyük restoranlara, Azərbaycandan Çinə uzanan bu yol ətirlərlə, görüşlərlə və mükəmməllik axtarışı ilə dolu olub.

“Bakını sevirəm, amma orada çox səs-küy var. Mən sakitliyi, təmiz havanı sevirəm. Dağlıq ərazilərdə dad da başqa cür alınır, daha təbii”, - deyə o əlavə edir.

Səxavət təkcə peşəkar aşpaz deyil, həm də dəfələrlə beynəlxalq yarışlarda iştirak edib, milli mətbəxi tanıdıb və Bakı Kulinariya Assosiasiyasının fəal üzvü olub.

Urumçiyə gəlişi isə həyatının gözlənilməz dönüş nöqtəsi idi. “Tanışım dedi ki, burada azərbaycanlı aşpazlara ehtiyac var. Mən də çox düşünmədən qərar verdim. Beləcə həyatımda Urumçi adlı yeni bir fəsil açıldı”.

“Çin mətbəxi alov kimidir, bizimki isə ocağın istiliyinə bənzəyir”

“Çin mətbəxi çox ədviyyatlıdır. Sarımsaq, zəncəfil, istiot və zirəni bol istifadə edirlər. Bizim mətbəx isə daha zərifdir, ocağın istiliyi kimi”, - deyə Səxavət gülümsəyir.

Yeni dadlara alışmaq onun üçün asan olmayıb: “Hər gün Çin yeməyi yeyə bilmirəm, çox ədviyyatlı olur. Amma onların yeməkləri sağlamdır. Buradakı insanların istiqanlılığı isə mənə buraya alışmağa kömək etdi”.

Bayram Salahov - Moskva restoranlarından Çin şəhərinə

Bayramın aşpazlıq yolu Moskvada başlayıb. “Olip” restoranında ilk dəfə önlük geyinib. Daha sonra Azərbaycana qayıdaraq Xızıda işləyib.

“Amma mənim əsl peşəkar inkişafım Çində başladı. Qohumum Ceyhun bəy artıq Urumçidə işləyirdi və məni dəvət etdi”, - deyə Bayram xatırlayır.

O, Azərbaycan mətbəxini Çin mətbəxi ilə müqayisə edərkən deyir: “Bizdə yemək ruh, ətir və məhsula hörmət deməkdir. Burada isə dadın əsasında ədviyyat dayanır”.

Ən yaddaqalan xatirələrdən biri dolma ilə bağlıdır.

“İlk dəfə dolma hazırlayanda çinlilər heyrətə gəldi. Onlar üzüm yarpağından istifadə oluna biləcəyini bilmirdilər. Qonaqlardan biri “İndi mən Şərqin əsl dadını başa düşürəm” dedi və resepti istədi. Bu onlar üçün kəşf idi”.

Bayram yerli dadlara uyğunlaşmaq üçün yalnız xırda dəyişikliklər edir: “Bəzən bir az acı bibər və ya sarımsaq əlavə edirəm. Amma əsas dadı heç vaxt dəyişmirəm. Bu, Azərbaycan ruhudur”.

Mədəniyyətləri yaxınlaşdıran dad

Bu gün Urumçiyə Azərbaycan yeməklərini dadmaq üçün gələnlərin sayı artır.

“Ən çox kabab və plovu sevirlər”, – deyə Səxavət gülümsəyir. “Yalnız dadmaqla kifayətlənmirlər, hazırlanma qaydasını soruşur, bəzən tarixi ilə maraqlanırlar. Bu, bizim əməyimizin dəyərini göstərir”.

Bayram isə əlavə edir: “Onlar plovu təbəssümlə yeyəndə hiss edirik ki, Vətənimizi təmsil edirik. Bu, sadəcə iş deyil, şərəfdir”.

Vətənlə uzaq ölkə arasında

Urumçidəki həyat aşpazlara yeni ənənələr qazandırıb.

“Burada səhərlər parkda gimnastika edənləri görəndə təəccübləndim. Onlar təbiətə müqəddəs münasibət bəsləyirlər”, - deyə Bayram bildirir.

Amma Vətən həsrəti yenə də qalır.

“Burada mənə evi xatırladan qoxu yoxdur. Amma yağış yağanda özümü Qubada hiss edirəm. O rütubətin, yaşıllığın qoxusu eynidir”,- deyə Səxavət səmimi danışır.

Həddi-hüdudu olmayan qürur

“Azərbaycanı xaricdə təmsil etmək sadəcə iş deyil, missiyadır. Vətənimin bayrağını ürəyimdə daşıyıram. Kimsə yeməyimizi dadıb tərifləyəndə qürur duyuram. Bu, Azərbaycan adının Çində səslənməsi deməkdir”, - deyə Səxavət vurğulayır.

Bayram isə sakitcə əlavə edir: “Bəzən darıxırsan. Amma bıçağı əlinə alıb yağın cızıltısını eşidən kimi sanki evə dönürsən. Çörəyin qoxusu ailəni, Bakını xatırladır”.

Səxavət gülümsəyir: “Biz sadəcə yemək hazırlamırıq. Biz xatirələr yaradırıq. Hər kəs bu yeməklərlə Azərbaycandan bir parça aparır”.

Hər iki aşpaz gələcəyə nikbin baxır.

“Çinlilər yeni dadlara açıqdırlar”, - deyə Bayram bildirir.

Səxavət isə əmindir: “Əgər burada daha çox Azərbaycan restoranı açılsa, mətbəximiz italyan və ya yapon mətbəxi kimi tanına bilər. Çünki Azərbaycan dadı buna layiqdir”.

Bayram söhbəti bu sözlərlə tamamlayır: “Bizim mətbəxə heç bir əlavə lazım deyil. O, özlüyündə mükəmməldir”.

Son şiş oddan çıxarılır, kömürlər yavaş-yavaş sönür. Manqalın qırmızı parıltısı havaya yumşaq istilik buraxır. Amma ən əsası doğma dadın, doğma sözün, doğma evin xatirəsini daşıyan o görünməz od heç vaxt sönmür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO