Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir

Naxçıvan, 19 fevral (AZƏRTAC). Millətlərin qorunması və ana dilinə münasibət məsələsini daim diqqət mərkəzində saxlayan YUNESKO-nun qərarı ilə hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Ana dili hər bir xalqın müstəqilliyinin göstəricisi, mənəviyyatının güzgüsüdür. Xalqların öz müqəddəratını ələ alıb, müstəqil dövlətlərini yaratmağa başlaması dövründə ana dili sosioloji hadisə kimi zamanın ən aktual və əhəmiyyətli problemlərindən birinə çevrilmişdir. Müstəqillik əldə etmiş çoxmillətli ölkələrdə dövlət dilinin müəyyənləşdirilməsi prosesi də dil quruculuğu, xüsusən ana dili və dövlət dili probleminin nə qədər çətin olduğunu meydana çıxarmışdır.

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq ümummilli liderimiz Azərbaycan dilinin qorunması, inkişafı və tədqiqi məsələlərinə daim ciddi diqqət yetirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyinə həsr olunmuş toplantıda ittifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin qarşısında ilk dəfə doğma dilimizdə nitq söyləməsi hamını heyrətə salmışdı. Məsələ burasındadır ki, həmin dövrdə Sovet İttifaqında qəbul olunmuş qaydaya görə, bu cür yüksək tədbirlər yalnız rus dilində aparıla bilərdi.

Buna baxmayaraq, Azərbaycanda milli yaddaşın bərpasına və milli dilin işlənməsinə xüsusi diqqət yetirilir, görkəmli yazıçılarımızın, şairlərimizin, elm xadimlərimizin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Ümummilli liderimizin səyi nəticəsində 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndərimizin öz xalqı qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir. 1974-cü ildə respublikamızın bir qrup dilçi aliminin Dövlət mükafatına layiq görülməsi ana dilimizin statusunu daha da möhkəmləndirdi.

Ulu öndərin diqqət və qayğısı, qətiyyəti nəticəsində ötən əsrin 70-80-ci illərində ana dilimizin inkişafı və qorunması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Hələ kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ümummilli liderimiz deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

1970-80-ci illərdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qarantı vardı, o da ulu öndər Heydər Əliyev idi. 1972-ci ilin ortalarında yazıçıların biri “Yoldaş Əliyev, Siz Azərbaycanca nə gözəl danışırsınız”,-deyəndə, ulu öndər gülümsəyərək belə cavab vermiş­di: “Sən niyə mənim rusca gözəl da­nış­mağıma deyil, Azərbaycanca danışma­ğıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”. Əlbəttə, dəmir pərdələr arxasında yaşadığımız o dövrdə bunlar adi sözlər deyildi. Məhz bu müdrik sözlər öz dilinə xor baxan Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi.

Əslində, təxminən 40 il əvvəl həyata keçirdiyi bu tədbirlərlə Heydər Əliyev milli lider kimi öz gələcək rəhbərlik fəaliyyətində qırmızı bir xətt kimi nəzərəçarpacaq böyük bir missiyanın - Azərbaycan dilinə məhəbbət, milli mənəvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çiçəkləndirmək strategiyasının əsasını qoymuşdu. Tarix bu strategiyanın həyatiliyini, önəmini, gücünü və həmişəyaşarılığını dönə-dönə sübut etmişdir.

Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra da ana dilinin qorunmasına, inkişafına xüsusi qayğı göstərilmişdir. Ümummilli liderimizin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. Ulu öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman isə dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidini sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələrin heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmasına başlandı.

2003-cü ilin yanvar ayının 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq göstərilir. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasını və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətimizin başçısının “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamları da bunun bariz ifadəsidir. Bu sənədlərə uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir.

Prezident İlham Əliyev müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə 2007-ci il avqustun 24-də daha bir Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı”nın nəfis şəkildə nəşri nəzərdə tutulmuşdur.

Hazırda bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikadakı kitabxanalara 300 minə yaxın latın qrafikalı əlifba ilə çap olunmuş kitablar verilmişdir ki, bu da dövlətimizin bu sahəyə diqqət və qayğısının ifadəsidir. Bundan başqa, Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da ana dilimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Ulu öndər Hеydər Əliyеv üçün аnа dili azərbаycаnçılığın bаşlаnğıc məqаmı, təməl prinsipi idi. Məhz bu bахımdаn о, tаm аydınlığı ilə bildirirdi ki, хаlqa milli mənəvi dəyərlərini аşılаmаq üçün ilk növbədə, оnа dilini qаytаrmаq və sеvdirməк lаzımdır. Böyük dövlət xadimimiz Аzərbаycаn dilini, еyni zаmаndа, milli mənəvi dəyərləri dünyа аzərbаycаnlılаrı üçün birləşdirici fаktоr кimi qiymətləndirərək deyirdi: “Хаlqlаrı dil qədər, milli mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən bаşqа bir vаsitə yохdur. Biz bu vаsitədən dаim istifаdə еtməliyik. Аzərbаycаnlılаrı birləşdirən milli mənsubiyyətimizdir, tаriхi köklərimizdir, milli mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şеirlərimiz, mаhnılаrımız, incəsənətimiz, хаlqımızа mənsub оlаn аdət-ənənələrimizdir”.

Rabil Kətanov

АzərТAc-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər