Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olunub

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olunub

Bakı, 17 iyun, AZƏRTAC

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri - yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Lüğətin tərtibçisi və “Ön söz”ünün müəllifi - Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti - filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru - Lətafət Səmədovadır.

Lüğət “Şərq-Qərb” nəşriyyatında çap edilib.

AZƏRTAC Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun lüğətə yazdığı “Ön söz”ü təqdim edir.

“Azərbaycan dili dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Dilimizin saflığının qorunması və inkişafına hər zaman xüsusi önəm vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dili siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müvafiq sahənin ali tənzimləyici orqanı olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına rəhbərliyin bilavasitə Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilməsi, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul edilmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmə gətirilməsi kimi mühüm tədbirlər bu dövlət əhəmiyyətli strateji sahənin köklü şəkildə yenidən qurulması ilə yanaşı, Azərbaycan dilinin ölkədə, eləcə də onun hüdudlarından kənarda təbliğinə geniş imkanlar yaradır.

Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının, lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vəsaitlərin, başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır. Orfoqrafiya lüğətçiliyi tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” (müəllif V.Xuluflu) olduğunu, nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” - Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının, ilkin olaraq müəyyən edilmiş 20 000-dən, dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə yüksəldiyini, sonuncu beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə çatdırıldığını izləmiş oluruq.

İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana dilimizin lüğət tərkibinin həyat axarıyla dövrün tələblərinə uyğun zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə imkanları qazanması səbəbindən irəli gələn təbii söz artımı prosesi təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə başlanılarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-mənəvi varlığımızın aşağılanmasına yönələn dağıdıcı proses olduğunun acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq. Bu mənzərə 2004, 2013-cü illərdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilmiş orfoqrafiya lüğətlərində aparılan təhlil və araşdırmalar nəticəsində özünü daha qabarıq büruzə verdi. Belə ki, əvvəlki lüğətlərdə yer almış minlərlə arxaikləşmiş, qeyri-işlək ərəb, fars sözlərinin bu nəşrlərdə də olduğu kimi saxlanıldığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan ikili, bəzən üç variantda, yaxud tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın mindən çox heç bir anlam kəsb etməyən çar-çar, car-cur, cur-cur, dız-dız, dın-dın, danq-danq, danq-dunq, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma, çəpikolma, dibdəndüşmə, dəyməağlarlıq, dır-dıretmə, ditetmə, dız-dızoynama, qalaq-qalaqoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma, qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi, vəzifəgöstərmə, yumurtayadüşmə və s. bu kimi minlərlə söz quramalarıyla “zənginləşdirildiyi” araşdırma işlərinin ilkin mərhələlərindən müəyyən edildi.

Yaranmış vəziyyət bu milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı kitabımızın Azərbaycan ədəbi dilinin norma və qaydalarına müvafiq qaydada yenidən hazırlanması zərurətini gündəmə gətirdi.

Yeni orfoqrafiya lüğəti üzərində işə başlanılarkən, paralel şəkildə müxtəlif növ mətnlərin (dövlət qurumları saytları, KİV, dublyaj, təhsil, tədris, elmi-bədii nəşrlər və s.) Azərbaycan dilində tərtibi və tərcüməsi prosesində nəzərə çarpan qüsur və xətalarla bağlı təhlil və araşdırma işlərinə də start verildi. On illər boyu nəşrdən-nəşrə genişləndirilərək kütləvi istifadəyə verilmiş orfoqrafiya lüğətlərində yer alan səciyyəvi qüsur və xətaları əyani şəkildə nümayiş etdirən söz və terminlərin, səs təqlidlərinin və s. siyahıları hazırlanaraq aşağıdakı qaydada təsnifatlaşdırıldı:

Yazılışı və mənası

qüsurlu sözlər

Yazılış qaydası müxtəlif variantlarda verilmiş sözlər

Dialektlər və loru ifadələr

Qeyri-işlək ərəb, fars və digər əcnəbi sözlər

abonemetr

abtürator

adamaptoblast

və s.

addama-adlama

ağırdmaq-ağrıtmaq

ağyağız-ağyanız

və s.

adıbatmış

adıqalmış

ambıl və s.

ab

aba

abak və s. 

Məhdud sahəvi terminlər

Səs təqlidləri

Söz quramaları

Lüzumsuz söz hallandırmaları

abaksial

abandon

abatment

 və s. 

car-car

car-cur

carıltı-curultu

və s. 

abırsızolma

abzasdanbaşlama abzasdanyazma

və s. 

amalqamalaşdırma amalqamalaşdırmaq atəşləndirilmək

və s.  

İşin davamı olaraq 2017-ci ildə yığcam orfoqrafiya vəsaiti - “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” (ADTM) ərsəyə gətirildi, kitab geniş oxucu kütləsinin istifadəsinə verilsə də, ümumilikdə dövləti və milli əhəmiyyət daşıyıcısı olan nəşr üzərində iş dayandırılmadı. Mərkəzin özəl söztoplayıcı “Söz hovuzu” proqramı vasitəsilə “Açıq kitab” elektron kitabxanasında yer alan yüzlərlə ədəbi-bədii, elmi, publisistik ədəbiyyatlardan söz yığımı prosesi davam etdirildi.

Məlum olduğu kimi, statusundan, çalışdığı sahə, yaxud fəaliyyət spesifikasından asılı olmayaraq, hər bir azərbaycanlının masaüstü dil vəsaiti funksiyasını daşıyan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” elə bir mənbə olmalıdır ki, Azərbaycan ədəbi dilinin söz ehtiyatını müəyyən etdirməklə yanaşı, sözləri vahid düzgün yazılış qaydasında mükəmməl şəkildə təqdim edə bilsin. Məhz bu zərurətlə ərsəyə gətirilmiş yeni orfoqrafiya lüğətimiz müasir və qədim Azərbaycan sözlərinin, gündəlik həyatımızda işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafıya Normaları”na uyğun tərtib edilib və əvvəlki lüğətlərdən aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:

- yazılışı əvvəlki orfoqrafıya lüğətlərində iki, bəzən üç variantda verilmiş söz və terminlər vahid düzgün yazılış qaydasında verilib;

məs.: (ağırdma - ağrıtmaq) ağrıtmaq; (altın - altun) altun; (bastalama - basdalama) basdalama; (cantıraq - cantaraq) cantaraq; (çömmə - çönmə) çönmə; (eletorat - elektorat) elektorat; (ədvə - ədva - ədviyyə) ədviyyə; (əfıl - əfəl) əfəl; (katric - kartric) kartric; (kollej - kollec) kollec; (qaboy - qoboy) qoboy; (qrov - qırov) qırov; (tisək - çisək) çisək; (yornuq - yorğun) yorğun və s.;

- yazılışı səhv verilmiş minlərlə söz və terminlər düzgün yazılış qaydasında verilib;

məs.: abturator - obturator, avitexnik - aviatexnik, beta-karetin - beta-karotin, bakal - bokal, əntiqəçi - əntiqçi, farmasept - farmasevt, fazmetr - fazometr, feldeger - feldyeger, fiktif - fiktiv, indoksikasiya - intoksikasiya, qastreloq - qastroloq, qətlan - qəltan, sıxımtı - sıxıntı və s.;

- minlərlə ərəb, fars və digər xarici sözlərdən yalnız işləkləri saxlanılıb;

məs.: abid, abgərdan, bivec, bivəfa, əcza, əczaxana, amal, badə, baməzə, qibtə, xəttat, polk, naryad, əcəm və s.;

- minlərlə lüzumsuz söz törəmələrindən yalnız semantik yükü olanlar saxlanılıb;

məs.: əbədiləşdirilmə, gərginləşdirmə, kamilləşdirmə, yaşıllaşdırma, terminləşdirmə, tarazlaşdırma, sabitləşdirilmə, sxemləşdirmə, yekunlaşdırılma, ucuzlaşdırılma və s.;

- minlərlə məhdud sahəvi termin və dərman adlarından yalnız işləkləri saxlanılıb;

məs.: amper, amplitud, akvatoriya, semantika, leksika, karotin, kovalent, sekresiya, tarif, inflyasiya, saldo, qravitasiya, ionosfer, funksiya və s.;

- mindən çox lüzumsuz səs təqlidləri və onlara aid törəmələrdən yalnız müəyyən məna kəsb edənlər saxlanılıb;

məs.: cikkilti, cingilti, çıqqıltı, dırıltı, şırıltı, tıqqıltı, taqqıltı, uğultu, gurultu, vıyıltı, qaqqıltı və s.;

- mənası anlaşılmayan qədim sözlər işləklik qazanması məqsədilə izahlarla verilib;

məs.: barmaqça (üzük), çalkeçir (məhəccər), köynəkcək (çılpaq), salaca (xərək), qulan (dayça), tirbənd (hasar), keçənəcək (güzəran), toqqac (alət), kaha (mağara), qoxarca (zool.), kəngiz (bot.), kərənay (mus.) və s.;

- eyni cür səslənsə də, ayrı-ayrı mənalar daşıyan söz və terminlər qısaldılmış izahlarla verilib;

məs.: abses (tibb) - absis (siyas.); apostel (hüq.) - apostol (xrist.); açıqca (aşkar) - açıqça (polq.), amplua (inc.) - ampul (tibb); atlas (xəritə) - atlaz (parça); dəfinə (xəzinə) - dəfnə (bot.); klon (genet.) - kloun (sirk) - kulon (zinət) və s.;

- lüğətin son bölümləri - “Azərbaycan Respublikasının coğrafi adları” və “Dünya üzrə coğrafi adlar” əvvəlki orfoqrafıya lüğətlərində yer almamış ölkə və şəhər adları ilə təkmilləşdirilib, “Azərbaycanın milli musiqi adları” və “Azərbaycanın xalça adları” bölmələri əlavə edilib;

- və nəhayət, lüğət yuxarıda nümunələri verilmiş 40 000-ə yaxın söz quramaları, eləcə də lüzumsuz söz hallandırmalarından təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış aydın, uca, önəm, qamçı, məhrək, sağın, qavram, buzlaşma, çivzə, əlkimyagər, ənsə, əntiqçi, güvən, həmmüəllif, ilginc, maya, nəmər, ödəyici, köçkün, sağalmaq, nübar, şor, ucbat, qahmar və s. kimi 9000-ə yaxın Azərbaycan sözü, eləcə də elm, mədəniyyət, texnologiya, idman, məişət, siyasət və s. sahəsində işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, deltaplan, etno-caz, filmoqrafiya, fotosessiya, xoreoqraf, manşet, salat, islamofobiya, melanxoliya, merkantil, multikulturalizm, piar, pilates, pin-kod, prelüd, publika, ironiya, seysmoloq və s. kimi terminlərlə zənginləşdirilib.

Beləliklə, Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə bərabər, ümumişlək terminləri, eyni zamanda xalq dilindən və başqa türk dillərindən gələn alınma sözləri özündə cəmləyən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (ADTM - 2020) istifadəçilərinin ixtiyarına hələ ki 65 min sözlə verilir. Əminik ki, yeni lüğətimiz dilimizin lüğət fondu ilə yanaşı, yazı və şifahi nitq mədəniyyətimizin təkmilləşdirilməsi işinə də öz töhfəsini verəcək. Bunu da qeyd etməyi vacib bilirik ki, Mərkəz lüğətin təkmilləşdirilməsi işini daim davam etdirəcək və bu sahədə hər bir səmərəli təklifə açıq olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir