Azərbaycan dövlətinin Həştərxanda həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Rusiya arasındakı dostluq münasibətlərindən söhbət açılıb, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi məsələsi müzakirə olunub.
Söhbət zamanı Azərbaycan dövləti tərəfindən Həştərxan şəhərində reallaşdırılmış layihələr qeyd olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda görülən işlər xüsusi vurğulanıb. Bildirilib ki, indiyədək vilayətdə görülən genişmiqyaslı işlər həm də Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm töhfədir.
Görüşdə gələcəkdə də belə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]