AZƏRBAYCAN ƏRAZİSİNDƏ “QUŞ QRİPİ” İLƏ BAĞLI NÖVBƏTİ MONİTORİNQ PAYIZDA KEÇİRİLƏCƏKDİR
Bakı, 2 avqust (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ərazisində “quş qripi” ilə bağlı cari ildə 5-ci monitorinq payızda keçiriləcəkdir.
Bu qərar ölkəmizdə “quş qripi” xəstəliyi ilə bağlı epizootik vəziyyətin sabit olduğu, cari ildə aparılmış monitorinqlərin nəticələri, köçəri və ev quşları arasında bu xəstəliyin hər hansı bir tipinə təsadüf edilmədiyi və quşların miqrasiyası əsas götürülərək verilmişdir.
Keçirilmiş monitorinqlərdə 8 min 237 çöl quşunun patoloji materialı, ayrı-ayrı həyətyanı və quşçuluq təsərrüfatlarından götürülmüş qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilmişdir. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir.
Ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]