Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan etibarlı tərəfdaş və regional nəqliyyat HUB-ı kimi mövqeyini möhkəmləndirir – ŞƏRH

Azərbaycan etibarlı tərəfdaş və regional nəqliyyat HUB-ı kimi mövqeyini möhkəmləndirir –  ŞƏRH

Bakı, 6 yanvar, AZƏRTAC

Müasir dövrdə İKT-nin və süni intellektin cəmiyyət və sənaye həyatında tətbiqi nə qədər zəruridirsə, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi də o qədər əhəmiyyətlidir. Bu gün lazımi bazarlara asan və səmərəli çıxış dövlətlərin davamlı tərəqqisinin əsas şərtinə çevrilib. Əlverişli nəqliyyat-tranzit imkanlarına, çevik logistik potensiala, müasir infrastruktur təminatına sahib olmaq XXI əsrin başlıca qlobal çağırışlarıdır. Bu mənada, dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə də səsləndirdiyi kimi, zamanında qəbul edilmiş düzgün siyasi qərarlar, həyata keçirilmiş genişmiqyaslı infrastruktur quruculuğu işləri ölkəmizin əlverişli coğrafi mövqeyini daha da möhkəmləndirərək Azərbaycana ciddi üstünlüklər qazandırıb. Dövlət başçısının da müsahibədə vurğuladığı kimi: “... Azərbaycan, belə demək mümkünsə, kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi olacaq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq”.

Bu sözləri AZƏRTAC-a şərhində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib.

O qeyd edib ki, son 20 il ərzində 21 min kilometrdən artıq yolun çəkilişi və ya bərpası, yüzlərlə yol ötürücüsü və körpülərin tikintisi, tarixi Zəfərdən keçən qısa müddətdə 3 beynəlxalq aeroportun tikintisi, dəmir yollarının bərpası və yenidən qurulması, avtomobil parkının müasirləşdirilməsi, ölkəmizdə nəqliyyat xidmətlərinin, xüsusilə ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması, 25 milyon ton illik yükötürmə gücünə malik Ələt limanının tikintisi və s. ölkəmizin nəqliyyat-tranzit-logistika imkanlarının formalaşdırılması və artırılması istiqamətində görülən işlərin bir hissəsidir.

“Təbii ki, ölkəmizdə 2003-cü ildən etibarən bünövrəsi qoyulmuş proqram təminatlı dövlət idarəetməsi çərçivəsində nəqliyyat-infrastruktur sektoru ilə bağlı uğurla reallaşdırılan onlarla proqram və layihələrin məqsədi yalnız çevik daşıma xidmətləri formalaşdırmaq deyil, həm də milli iqtisadiyyatın şaxələndirilmiş inkişafına güclü və etibarlı dəstək verməkdir. Azərbaycanda turizmin inkişafı, yerli və xarici ticarət dövriyyəsinin artımı, ÜDM-in tərkibində xidmət sahələrinin payının artması yuxarıda qeyd edilənlərin bariz nümunəsidir.

Xüsusilə, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanda tranzit xidmətləri uzunmüddətli perspektivə malikdir. Avrasiya məkanının aparıcı nəqliyyat-tranzit qovşağı olan Azərbaycan nəinki Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri istiqamətində daşımaları təmin etmək imkanındadır. Eyni zamanda, artıq Cənub-Qərb, Şimal-Qərb istiqamətlərində də daşımalar üzrə konkret statistik rəqəmlər mövcuddur. Başqa sözlə desək, dövlət başçısının müsahibəsində də qeyd edildiyi kimi: “Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək.

2025-ci ilin 8 avqust tarixində ABŞ-da keçirilən müzakirələr nəticəsində daha da reallaşan Zəngəzur dəhlizinin (TRIPP) yaxın gələcəkdə açılması isə nəqliyyat-tranzit qovşağı kimi, Azərbaycanın imkanlarını daha da genişləndirəcək. Adıçəkilən müsahibədə də səsləndirildiyi kimi “...həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir.... bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb”.

Stabil və təhlükəsiz ölkə, etibarlı tərəfdaş kimi, olduğu bütün məkanlara rəqabət deyil, əməkdaşlıq, sülh daşıyan Azərbaycan Zəngəzur dəhlizinin açılması təşəbbüsündə də balanslı yanaşma ortaya qoyub. Dövlət başçısının da qeyd etdiyi kimi: “...bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir... Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik...”

Bəli, Zəngəzur dəhlizi həm Şərq-Qərb, Şərq-Cənub, Şimal-Cənub istiqamətlərində daşımaların əsas arteriyasına çevriləcək. Zəngəzur dəhlizi keçmişdə istismar edilən SSRİ-İran yolunu yenidən bərpa edəcək və Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi istiqamətində də daşımalar mümkün olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci istiqaməti kimi, artan yük axınını Naxçıvandan iki istiqamət üzrə - Türkiyə-Avropa və İran-Fars körfəzi-Yaxın Şərq istiqamətlərində daşımalara imkan yaradacaq”,- deyə o qeyd edib.

A.Əsədov vurğulayıb ki, yuxarıda da qeyd edildiyi kimi, zamanında qəbul edilən siyasi qərarlar, uğurla reallaşdırılan balanslaşdırılmış sülhpərvər siyasət, həyata keçirilən layihə və proqramlar Azərbaycanın, etibarlı tərəfdaş kimi, mövqeyini daha da möhkəmləndirir, nəqliyyat-tranzit imkanlarını artıraraq, mühüm HUB kimi əhəmiyyətini yüksəldir: “Bütün bunlar isə, təbii ki, ümumi iqtisadi inkişaf üçün önəmlidir. Alternativ enerji sahələrinə xarici investorların artan marağı, sənayenin müxtəlif sahələrinə irihəcmli investisiya qoyuluşları, turizmin inkişafı üçün uzunmüddətli perspektivlərin formalaşdırılması və s. real nəticələrdir.

Təbii ki, turistin rahatlığı, çevik və səmərəli səyahəti üçün nəqliyyat əlaqələri, nəqliyyat xidmətləri xüsusi önəm kəsb edir. Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində atılan davamlı addımlar, turistik məkanların müasir tələbata uyğun təkmilləşdirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm potensialının hərəkətə gətirilməsi turizm xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirəcəkdir. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, ərazilərin nəqliyyat-kommunikasiya imkanlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi sevinc və minnətdarlıqla qeyd edilməlidir. Dünyada analoqu olmayan 11,7 kilometrlik Murovdağ tuneli, Azərbaycan əsgərinin Şuşaya doğru piyada irəlilədiyi sərt və mürəkkəb relyefli ərazidə qısa zamanda inşa edilən Zəfər yolu, Bərdə-Ağdam, Ağdam-Xankəndi dəmir yolları, müasir tələblərə cavab verən otellərin tikintisi və s. yaxın gələcəkdə regionun turist cəlbediciliyinə öz töhfəsini verəcəkdir. Dövlət başçısının müsahibədə səsləndirdiyi “Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq” sözləri də regionun turist cəlbediciliyi haqqında səslənən fikirlərin və yaxın gələcəkdə ölkəmizə turist axınının 7 milyondan da çox olacağını təsdiq edir.

Beləliklə, dövlət başçısının yerli telekanallara müsahibəsində dediyi fikirlər geniş əhatəli strateji baxış, uzunmüddətli proqram xarakteri daşımaqla yanaşı, Zəngəzur dəhlizi, Azərbaycanın nəqliyyat-tranzit imkanları baxımından gələcək perspektivləri tam reallığı ilə ortaya qoydu”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Husilər Yəmənin şərqindəki döyüşlər zamanı 800 nəfəri əsir götürüblər

Tarixə yazılan qardaşlıq salnaməsi – Bakının işğaldan azad edilməsindən 108 il ötür

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

İran ABŞ-nin şərtləri yerinə yetirilməyənədək danışıqlar aparmayacaq

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

Türkiyəli sosioloq: Uşaqlar üçün sosial şəbəkələrə qadağa əsaslıdır

Tramp süni intellektin təhlükəsi ilə bağlı iddiaları yalan adlandırıb

Pentaqon əməkdaşlarına UNO məlumatlarını açıqlamağa icazə verib

“18 əsərin sehri” - Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Husilər Yəmənin əsas şəhəri olan Taiz şəhərinə doğru irəliləyirlər

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

Azərbaycanın aerobika gimnastı: Qızılın sahibi biz olmalı idik

Yəməndə son döyüşlər nəticəsində qaçqın düşənlərin sayı 94 min nəfərə çatıb

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar

Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub

“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir

Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir

Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək

Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb

Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyinin kolleksiyasından “çoxbaşlı dəfn”ə aid beş qədim kəllə

Şəki rayonunun aqrar potensialından səmərəli istifadə edilməsi istiqamətində layihələrin icrası davam etdirilir

Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü iştirakçılarının şərəfinə ziyafət təşkil olunub

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının finalına hazırlaşır

Almaniyanın Litvadakı briqadasında şəxsi heyətin 80 faizi könüllülər hesabına komplektləşdirilib

Premyer Liqa: Son çempiondan inamlı qələbə

Agentlik: Paytaxtın mərkəzi hissəsindəki yollarda nəzərdə tutulan əsas təmir işləri tamamlanıb

Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri müstəqilliklə bağlı memorandum imzalayıblar

Misirin Bənhə Universitetində tələbələrə Azərbaycan dili üzrə sertifikatlar təqdim edilib

Şamaxıda Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb VİDEO

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb VİDEO

“Neftçi” Elvin Camalovla vidalaşıb

Ayxan Abbasovun millinin heyətini açıqlayacağı tarix bəlli olub

Bu saata olan əsas xəbərlər

Balakəndə aqrar sektorun inkişafı istiqamətində layihələr icra olunur

Tramp: İran tezliklə razılaşma əldə etmək istəyir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

C.Cahangirov adına Xorun bədii rəhbəri: "Xor sənəti və aşıq musiqisi" adlı xüsusi konsert proqramı hazırlayırıq

Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı görülən işlərin hazırkı vəziyyəti nəzərdən keçirilib

Yeni tədris ili münasibətilə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO

Aİ ölkələri Arktikada strateji maraqlarını qorumaq üçün fəaliyyətlərini gücləndirmək niyyətindədir

Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır

Braziliyalı futbolçu: “Şamaxı” ilə matçda heç-heçənin ədalətli olmadığını düşünürəm

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

Azad Məmmədov: Şuşa Teatrında dövlət sifarişi ilə “Pənahəli xan” tamaşası hazırlanır

Yeni tədris ilində şimal-qərb bölgəsində 82 min 528 şagird təhsil alacaq

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

Krit adasının yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 1 nəfər ölüb, 20 nəfər itkin düşüb

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

IRENA: 2050-ci ilədək qlobal enerji istehlakında elektrik enerjisinin payı 50 faizi ötə bilər

Avropada qaz anbarlarının doluluq nisbəti 68 faizi ötüb

İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Yeni dərs ili: “Keçiddə məktəb”

AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib

Laşa Amaşukeli: Orta Dəhliz etibarlı Multimodal ticarət sisteminə çevrilə bilər

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

Professor Nizami Həsənli – Azərbaycan və Türkiyənin elmini inkişaf etdirən alim nümunəsi

“Şəhərsalma və Memarlıq İli”nə dəyərli töhfə: yeni biblioqrafiya hazırlanıb

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib VİDEO

Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəliş və yüksəliş dövrünü yaşayır ŞƏRH

AQTA İtaliyanın identifikasiya ilə bağlı təcrübəsini öyrənir

“İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb

“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir

Yunanıstanın kosmik robotları Ay və Mars missiyaları üçün sınaqdan keçiriləcək

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

Türkiyəli baş məşqçi: Oyundan razı qalsam da, nəticə məni qane etmədi

Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO

Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO

Oman LNG ixracı üçün Hörmüz boğazına alternativ marşrutlar yaradılmasına çağırıb

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi olub

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Anar Kərimov: Seyid Yəhya Bakuvinin irsi İslam mədəniyyətinə ən dəyərli töhfələrdəndir

Sabahdan paytaxtda marşrut xətlərinə 2530 avtobus cəlb edilir

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

Riyaziyyat müəllimi: Texnologiya cavabı sürətləndirə bilər, amma düzgün sualı vermək hələ də insanın işidir

AAYDA-nın sədri Hacıqabul və Şirvan sakinlərinin müraciətlərini dinləyəcək

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

Azərbaycan təmsilçisi basketbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb

İlk zəngdən bir gün qabaq VİDEO

İlk zəngdən bir gün qabaq VİDEO

Neftin qiymətinin artması Azərbaycanın makroiqtisadi sabitliyini dəstəkləyə bilər – ŞƏRH

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

Emin Əmrullayev: Siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır