AZƏRBAYCAN FRANKFURTDA KEÇİRİLƏN AVROPA ƏDALƏTLİ OYUNLAR HƏRƏKATININ 13-CÜ KONQRESİNDƏ LAYİQİNCƏ TƏMSİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-dən 20-dək Almaniyanın Frankfurt şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının 13-cü Konqresi keçirilmişdir.
Konqresin işində Avropa ölkələrinin Ədalətli Oyunlar Hərəkatının, müxtəlif beynəlxalq idman təşkilatları və milli olimpiya komitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təmsil etmişdir.
Tədbirdə çıxış edən Xəzər İsayev Azərbaycanda Olimpiya hərəkatına, eləcə də Ədalətli Oyunlar Hərəkatına Prezident İlham Əliyev tərəfindən böyük diqqət göstərildiyini, həmin dəyərlərin dövlət səviyyəsində dəstəkləndiyini və bu istiqamətdə lazımi işlərin aparılması üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, Azərbaycanın Olimpiya hərəkatına və onun dəyərlərinə sadiqliyini və verdiyi dəstəyi dünya ictimaiyyətinə çatdırmaq üçün 2016-cı ildə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi məqsədi ilə Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilmişdir.
X.İsayev demişdir ki, bir çox beynəlxalq idman tədbirlərini müvəffəqiyyətlə təşkil etmək təcrübəsinə malik olan Azərbaycan Olimpiya hərəkatının əsas təşkilatlarından olan Avropa Ədalətli Oyunlar Hərəkatının 15-ci Konqresinin 2009-cu ildə Bakıda keçirilməsi üçün hər cür imkan və şərait vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]