Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
Paris, 25 may, AZƏRTAC
Parisdə AŞPA Komitə iclasında iştirak edən bu qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Fransa Senatının xarici əlaqələr, müdafiə və silahlı qoşunlar komissiyasının prezidenti Kristian Kambon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib. Bu əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin inkişafı istiqamətində əldə edilmiş uğurlar xüsusi qeyd olunub. Bu sahələrdə münasibətlərin, eləcə də parlament diplomatiyasının rolunun daha da genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilib.
S.Seyidov senator K.Kambonu ölkəmizə səfərə dəvət edib. Dəvət məmnuniyyətlə qəbul olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris