Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarını yaşatmaq üçün bütün gücünü səfərbər edir
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqı öz dahi lideri Heydər Əliyevin xatirəsini hər zaman yüksək ehtiramla anır. Çünki xalqımız bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Gənclərə xüsusi diqqət göstərən, onların qayğısına qalan Ümummilli Lider gəncliyə böyük ümidlər bəsləyir, etimad göstərirdi.
Bu sözləri, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin məzarını ziyarətə gələn Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Faiq Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib.
O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti böyük bir məktəbidir. Müasir gənclər, eləcə də gələcək nəsillər bu məktəbdən faydalanmalı və nümunə götürməlidir.
F. Qurbanov deyib: “Biz gənclər ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini heç vaxt unutmur, onun əməllərini, ideyalarını yaşatmaq üçün bütün gücümüzü səfərbər edirik”.