Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb
Bakı, 16 yanvar, AZƏRTAC
Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında təmsil olunub.
Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə hərəkətlərdə göstərərək dördüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışda beşinci olub.
Turnirdə Azərbaycanın aktivinə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]