Azərbaycan gimnastları beynəlxalq turnirlərdə qızıl və bürünc medallar qazanıblar
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupu Belçikanın Puurs şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qrup bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət üçlük isə Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə bürünc mükafata sahib çıxıb.