Azərbaycan “Google” ilə əməkdaşlıq istiqamətlərini nəzərdən keçirir
Bakı, 29 iyul, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olqa Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zuniklə videokonfrans formatında görüşüb.
AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.
Tərəflər COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]