Azərbaycan güləşçisi fərdi dünya kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, turnirdə 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz debütdə yerli pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispan rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala adlayıb.
Digər güləşçimiz Gitinoməhəmməd Hacıyev (70 kq) ilk görüşdə Küveyt idmançısına çətinlik çəkmədən qalib gəlib.
Millimizin üzvü Camaləddin Məhəmmədov (125 kq) ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlsə də, növbəti mərhələdə Polşa təmsilçisinə məğlub olub.
İslam Bazarqanov (57 kq) isə debütdə Ukrayna güləşçisinə məğlub olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]