Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır
Tbilisi, 17 dekabr, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı hazırlıq işləri gedir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ölkə səfirlərinin Tbilisidə keçirilən konfransında bəyan edib.
Bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin sayca 8-ci görüşü bu il oktyabrın 16-da Tbilisidə keçirilməli idi. Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb. Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının 7-ci üçtərəfli görüşü ötən il oktyabrın 29-da İstanbul şəhərində keçirilib. Üçtərəfli formatda ilk görüş isə 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]