Azərbaycan Gürcüstanla nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat paylaşıb.
“Ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektor iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətlər üzrə görülən işlərə dair fikir mübadiləsi apardıq”, - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]