AZƏRBAYCAN HİNDİSTANDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İLK DƏFƏ TƏMSİL OLUNACAQDIR
Azərbaycan yanvarın 12-15-də Hindistanın Mumbai şəhərində keçiriləcək “Best of the world” beynəlxalq turizm sərgisində ilk dəfə təmsil olunacaqdır. Gənclər, İdman və Turizm Nazirliyinin Baş turizm idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sərgidə nazirliyin nümayəndə heyəti iştirak edəcəkdir. Azərbaycan ekspozisiyası ölkəmizin Hindistandakı səfirliyinin köməyi ilə təşkil olunmuşdur.
2006-cı ilin ilk altı ayı ərzində ölkəmiz 13 beynəlxalq sərgidə təmsil olunacaqdır ki, bu da ötən ilin müvafiq dövründəkindən 4 tədbir çoxdur. İdarənin əməkdaşları aprelin 20-22-də Bakıda keçiriləcək 5-ci Azərbaycan Beynəlxalq turizm sərgisinə də ciddi hazırlaşırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:12]
® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]