Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə KİVDF arasında əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb.
AİJF-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdə idman mediasının bugünkü vəziyyəti müzakirə edilib. Qabil Mehdiyev KİVDF rəhbərinə bu sahədə problemlər barədə məlumat verib, ölkəmizdə KİV-in ən böyük qollarından sayılan idman mediasının dövlət dəstəyinə ehtiyac duyduğunu vurğulayıb.
Söhbət zamanı iki qurum arasında əməkdaşlıq, idman mediasının problemlərinin həlli yolları, eləcə də idman mətbuatını narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]