Azərbaycan idmançıları Almatıda keçiriləcək beynəlxalq stolüstü tennis turnirində iştirak edəcəklər
Astana, 20 iyul, AZƏRTAC
İyulun 24-dən 27-dək Almatıda stolüstü tennis üzrə nüfuzlu “WTT Youth Contender Almaty” beynəlxalq turniri keçiriləcək.
AZƏRTAC Almatı şəhər akimatlığına istinadla xəbər verir ki, yarışlar Qazaxıstanın Turizm və İdman Nazirliyinin, eləcə də şəhər akimatlığının dəstəyi ilə təşkil olunacaq.
İrimiqyaslı yeniyetmələrin turniri Azərbaycan da daxil olmaqla 17 ölkə və ərazidən ümumilikdə 230 idmançını bir araya gətirəcək.
Ev sahibi Qazaxıstanı bu turnirdə 82 idmançı təmsil edəcək.
İdmançılar 11 və 13 yaşadək oğlanlar və qızlar, 15, 17 və 19 yaşadək yeniyetmələr və gənclər arasında fərdi dərəcələrdə, həmçinin 15 və 19 yaşadək idmançılar arasında qarışıq cütlük dərəcələrində mükafatlar uğrunda mübarizə aparacaqlar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]