AZƏRBAYCAN İDMANÇILARI BEYNƏLXALQ ŞAHMAT OLİMPİADASINDA İŞTİRAK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, bu gun Drezdendə Beynəlxalq Şahmat olimpiadasına start veriləcək. Yarışda 154 kişi və 116 qadın yığma komandaları iştirak edəcəklər.
Azərbaycanın kişilərdən ibarət yığma komandaya ən güclü şahmatçılar Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov daxil olmuşlar. Rusiya, Ukrayna və Çindən sonra dördüncü yerdə qərarlaşan komandanın orta reytinqi 2709-a bərabərdir.
Qadınlardan ibarət yığma komandaya Zeynəb və Türkan Məmmədyarovalar, Nərgiz Umudova, Xəyalə İsgəndərova və Nərmin Kazımova daxil olmuşlar. Komanda 2261 orta reytinqlə turnir cədvəlində 28-ci yerdə qərarlaşıblar.
11 turdan ibarət olacaq olimpiada noyabrın 25-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]