Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar
Bakı, 9 iyul, AZƏRTAC
Qolf üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Azərbaycan Qolf Federasiyasından AZƏRTAC-a bildirilib ki, qrup formatında keçirilən yarışda Emin Rzayev və Tural Vəlizadə ikinci yeri tutaraq gümüş mükafata sahib çıxıblar.
Fərdi yarışda isə Emin Rzayev bürünc medala yiyələnib.