Azərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb
Krakov, 23 iyun, AZƏRTAC
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarını ikinci pillədə başa vurub.
AZƏRTAC xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Huqo Arillo Vaskes (İspaniya) ilə qarşılaşıb. Rəqibinə məğlub olan (3:0, 3:11, 9:7) taekvondoçumuz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, S.Dadaşov səkkizdəbir finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz dörddəbir finala adlayıb. İdmançımız növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan idmançımız finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]