Azərbaycan İlahiyyat İnstitutunun dekanı beynəlxalq forumda çıxış edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “MDB ölkələri alimlərinin IV Forumu: MDB ölkələrində İslam düşüncəsi - qloballıq və lokallıq” mövzusunda beynəlxalq forumda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Postsovet ölkəsində ali dini təhsildə islamşünaslığın perspektivləri: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda çıxış edən dosent E.Əzizova postsovet dövründə Azərbaycanın ali təhsil müəssisələrində dinşünaslıq və islamşünaslığın tarixi inkişaf prosesindən danışıb.
Məruzəçi müstəqillik dövründə ilk dəfə bakalavriat səviyyəsində islamşünaslıq proqramını həyata keçirən ali təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun perspektivlərini təhlil edib, Aİİ haqqında forum iştirakçılarına geniş məlumat verib.