Azərbaycan ilə İraq arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin səhiyyə naziri Saleh Əl-Həsnəvi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında səhiyyə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib. Azərbaycanla İraq arasında təcrübə mübadiləsi, səhiyyə sahəsində hüquqi bazanın gücləndirilməsi üçün lazımi işlərin görülməsi, azərbaycanlı həkimlərin İraqda təlimin keçirilməsi kimi mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.
Diplomat qeyd edib ki, təcrübə mübadiləsinin həyata keçirilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsi zəruridir.
İraqın səhiyyə naziri Saleh Əl-Həsnəvi martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü xatırladı və Azərbaycanın hərəkata sədrlik dövründə onun canlanmasının müşahidə olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş söhbət aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]