Azərbaycan ilə Özbəkistan arasında elm və ali təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 10 iyul, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak məqsədilə Özbəkistanda səfərdədir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Həsən Həsənli Özbəkistanın məktəbəqədər və ümumi təhsil nazirinin müavini Sardor Racabov, eləcə də elm, ali təhsil və innovasiyalar nazirinin müavini Şoxrux Daliyev ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında məktəbəqədər, ümumi təhsil, elm və ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.