Azərbaycan ilə Qətərin tədqiqat mərkəzləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Əl-Cəzirə Media Şəbəkəsinin nəzdindəki "Əl-Cəzirə Araşdırmalar Mərkəzi”nin direktoru vəzifəsini icra edən İzəddin Abdelmaula ilə görüşüb.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyi, Ermənistanın ölkəmizə qarşı törətdiyi son hərbi təcavüz aktı nəticəsində yaranmış vəziyyət, o cümlədən terroru dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında baş vermiş itkilər və mülki infrastruktura dəymiş maddi ziyan barədə İzəddin Abdelmaulaya məlumat verilib.
Həmçinin Azərbaycan və Qətərdə fəaliyyət göstərən araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını müzakirə edilib.