Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur
Bakı, 12 dekabr, AZƏRTAC
Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]