AZƏRBAYCAN İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINDA MARAQLIDIR
Azərbaycan hökuməti informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafında, bu sahədə digər ölkələrlə qarşılıqlı əməkdaşlığın yaradılmasında cox maraqlıdır. Respublikada İKT sektoru yüksək sürətlə inkişaf edir.
Bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov AZƏRTAC-a bildirmişdir ki, ölkəmiz bu sahədə artım sürətinə görə dünya liderlərindən biridir, son 5 ildə İKT sahəsində orta artım təxminən 33-35 faiz təşkil etmişdir. Bu yaxınlarda Davos İqtisadi Forumunun hesabatında Azərbaycan İKT sahəsinin inkişafı üzrə MDB ölkələri arasında birinci, dünyada isə 67-ci yerdə göstərilmişdir.